Rusiya Pribaltika ölkələri və Polşaya hərbi müdaxilə edəcək? - Amerikalı general Rusiyanın hədəflərini açıqladı

Dünya
11:17 / 12.05.2018
2559
"NATO Rusiya ilə qarşıdurmada həmrəylik nümayiş etdirməlidir, çünki ruslar ancaq gücdən anlayır".
Sfera.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Avropadakı quru qoşunlarının sabiq komandanı general-leytenant Ben Hoces çıxış edib.
"Rusiya böyük şəxsiyyətləri və böyük tarixi olan ölkədir, onlar sadəcə gücə hörmət edir. Alyansımız həmrəylik və qətiyyət nümayiş etdirməsə, biz sadəcə onun təcavüzkarlığını günişləndirəcəyik” – o, belə deyib.
Generalın sözlərinə görə, Moskvanın hədəfi Avropa Birliyi və NATO prinsiplərini sabotaj etmək və alyans üzvlərini NATO-nun onları qoruya biləcəyinə inamını sarsıtmaqdır:
"Bu o deməkdir ki, biz hibrid müharibə, dezinformasiya, nüvə təhdidi və kiber hücumlarla üz-üzəyik”.
Hocs Rusiyanın xaricdə yaşayan vətəndaşlarını qorumaq adı altında Pribaltika ölkələri və Polşaya hərbi müdaxilə edə biləcəyini bildirib.
Sfera.az