ABB-nin Rusiyadakı törəməsi "İBA-Express" ilə pulköçürmə xidmətini dayandırır

ABB-nin Rusiyadakı törəməsi
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Rusiyadakı törəməsi olan "ABB-Moskva" iyunun 1-dən etibarən "İBA-Express" ilə pulköçürmə xidmətini dayandıracaq.
Bu barədə Sfera.Az-a "ABB-Moskva"dan məlumat verilib.

Bildirilir ki, bununla əlaqədar olaraq bank mayın 14-dən "İBA-Express”in fiziki şəxslər üçün hesab açılmadan pulköçürmə xidmətlərini həyata keçirən məntəqələrinin bir qismini bağlayacaq.

Xatırladaq ki, bankın səhmdarlarının martın 14-də keçirilmiş ümumi yığıncağında "Bank "MBA-Moskva”, "ABB-Gürcüstan” və "Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.
 

OXŞAR XƏBƏRLƏR