Yanğın barədə xəbərdarlıq edən divar kağızı
Maraqlı
23:35 / 11.05.2018
3819
Yanğın əleyhinə divar kağızları xüsusi elektrik keçiriciliyinə malik materialdan yaradılıb. Belə materialın parçasına quraşdırılmış, qrafendən hazırlanmış sensor səsli siqnalizasiyanı işə salır.
Şanxay Keramika İnstitutunun alimləri material kimi hidroksiapatitdən istifadə ediblər. Bu maddə sümük və dişlərin əsas komponentini təşkil edir. Hidroksiapatit kifayət qədər kövrək və bərk maddədir. Lakin alimlər bu materialdan divar kağızlarının yaradılması üçün kifayət qədər elastik olan çox uzun nanoborular düzəldə biliblər.