Rövşən Rzayev məcburi köçkünlərlə görüşdü

Gündəm
21:35 / 11.05.2018
3868
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Xətai, Binəqədi və Nərimanov rayonlarında bir neçə yataqxana və inzibati binalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Prezident İlham Əliyevin hər zaman qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, onların həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə ölkə başçısı tərəfindən davamlı olaraq böyük işlər görülür.
Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək.
Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, Nərimanov, Binəqədi və Xətai rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.