Abşeron və Bərdədə yanğın olub

20:55 / 11.05.2018
3909
Bərdə rayonunda ümumi sahəsi 455 kv.m olan birmərtəbəli tikilinin yaşayış üçün istifadə olunan hissəsində 30 kv.m sahəyə yığılmış ev əşyaları yanıb.
Abşeron rayonunda da ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli tikilinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.