Duzun və taxılın keyfiyyətinə də Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

Gündəm
19:03 / 11.05.2018
4022
Prezident İlham Əliyev "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sfera.az-ın məlumatına görə, dəyişikliyə əsasən fərmanın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:
Beləliklə, bundan sonra yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədilə duzdan götürülmüş nümunələrin ekspertizası Agentlik tərəfindən aparılacaq.
Dövlət başçısı, həmçinin "Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Dəyişikliyə əsasən fərmanın 1-ci hissəsinin ikinci abzasında "İqtisadiyyat Nazirliyi” sözləri, üçüncü abzasında "Səhiyyə Nazirliyi” sözləri "Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilir.
Hər iki fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.