Rövşən Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib

Siyasət
18:20 / 11.05.2018
4142
Prezident İlham Əliyev Rövşən Nəcəfin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.