“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının və Müşahidə Şurasının toplantısı keçirildi

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının və Müşahidə Şurasının toplantısı keçirildi
11 may 2018-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. 

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli müvafiq sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi Bankın Müşahidə Şurasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib. Toplantıda Bankın Müşahidə Şurasının Əsasnaməsi də təsdiqlənib. Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib.  

Eyni gündə Bankın Müşahidə Şurasının da növbəti iclası olub. İclasda əvvəlcə Azərbaycan Beynəlxalq Bankının 2018-ci ilin 4 ayı üzrə maliyyə nəticələrinə dair hesabat dinlənilib. Sonra Müşahidə Şurasının səlahiyyətlərinə aid olan kredit müraciətlərinə və digər bir sıra məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib. 


OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...