Qətər də sülhü alqışladı

Qətər də sülhü alqışladı
Kateqoriya məlum deyil09.08.25, 11:146 👁️
T

Qətər Dövləti Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb.

 

Sfera.az xəbər verir ki, rəsmi Doha ümidvar olduğunu bildirib ki, saziş iki ölkə arasında mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın yeni mərhələsinin əsasını qoyacaq və bununla da iki xalqın sülh, inkişaf və firavanlığa nail olmaq, regionun sabitlik və təhlükəsizliyini möhkəmləndirmək istəklərini reallaşdıracaq.

 

Qətər Ermənistan və Azərbaycan arasında sazişin paraflanmasına nail olmaqda göstərdiyi səylərə görə ABŞ-yə təşəkkür edib.

 

Doha gərginliyin azaldılmasına və münaqişələrin diplomatik kanallar vasitəsilə həllinə, habelə regional və beynəlxalq səviyyədə sülh, inkişaf və rifahın əsaslarının möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəklədiyini vurğulayıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...