Putinlə Paşinyanın görüş tarixi məlum oldu

Putinlə Paşinyanın görüş tarixi məlum oldu
Ermənistanın yeni baş naziri Nikol Paşinyan bazar ertəsi Avrasiya İqtisadi İttifaqının sammitində ölkəsini təmsil edəcək.

Sfera.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Paşinyanın görüşü 14 may tarixinə nəzərdə tutulub. Bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

Qeyd edək ki, daha əvvəl Soçi sammitində Ermənistanı baş nazir Paşinyanın yox, prezident Armen Sarkisyanın təmsil edəcəyi deyilir.
 
Sfera.az



OXŞAR XƏBƏRLƏR