General-mayor: "Hərbi əməliyyatlar keçirib ermənilərin burnunu əzmək lazımdır"

General-mayor:
"İşğal altında olam torpaqları biz gedib hərbi yolla azad etməsək, onlar öz xoşları ilə  ərazilərimizi geri qaytaran deyil. Münaqişənin yeganə həll yolu işğalçı erməni silahlılarının başını əzərək, tarixi torpaqlarımızı azad etməkdir". 

Bu sözləri Sfera.az-a açıqlamasında Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev bildirib. 
M.Həmzəyev deyib ki, işğalçılıq siyasəti ermənilərin kökündən gələn haldır:

"Ermənilər tarix boyu ortaya qoyduğu məqsədlərə çatmaq üçün hərəkət edirlər. Onlar sülh yolunu istəmirlər. Düşmən sülh istəmirsə, o zaman bir yol qalır ki, bu da müharibə etməkdir. Ümumiyyətlə, dünya tarixində elə nümunə yoxdur ki, işğal edilən torpaqlar qan tökmədən azad edilsin. Vaxtilə Rus İmperiyası Avropanın mərkəzində yerləşən Kalinqradı öz ərazisinə qatıb. İndi Avropa nə üçün onu geri qaytara bilmir?". 

Keçmiş komandan qeyd edib ki, Azərbaycanın müharibə yolu ilə torpaqlarını işğaldan azad etməyə tam hüququ var:

"Bunun üçün BMT-nin qərarları da bizə tam əsas verir ki, müharibə edib torpaqlarımızı erməni işğalından azad edək. Bu gün Azərbaycan ordusu 25-27 il əvvəlki ordu deyil. İndi bizim yaxşı silah-sursatımız, hərbi imkanlarımız var. Ali Baş Komandanımızın çox qətiyyətli siyasəti mövcuddur. Təkcə çatışmayan yeganə məsələ torpaqları işğaldan azad etməkdir ki, bunu da artıq başlamalıyıq. Hərbiçilərimiz hər an müharibəyə hazır vəziyyətdə olmalıdır. Hərbi əməliyyatlar keçirib ermənilərin burnunu əzmək və onları yerində oturtmaq lazımdır. Bunun üçün Azərbaycanın tam iqtisadi gücü və hərbi qüdrəti var. Bizdə çox müasir silahlar var ki, ermənilər onun adını eşidəndə belə vahimə yaşayır. Azərbaycan heç kəsdən çəkinmədən hərbi əməliyyatlara başlamalı və işğal altında olan torpaqlarını azad etməlidir. Ermənilərin burnunu qanatmaq lazımdır. Əks halda münaqişəyə son verilməyəcək".

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR