“İstədiyiniz vaxtdan oruc tutmağa başlayın” – Elşad Miridən Ramazan tövsiyəsi

13:13 / 11.05.2018
4102
Hər il Ramazan Ayının başladığı gün müzakirələrə səbəb olur. Bir çox müsəlman ölkəsindən, elədə də Türkiyədən fərqli olaraq Azərbaycanda hər il bu mövzuda fikirlər haçalanır. Belə ki, ilahiyyatçılar Ramazanın hansı gün daxil olduğu barədə ortaq bir fikrə gəlməkdə çətinlik çəkirlər.
İlahiyyatçı Elşad Miri Sfera.az-a bu barədə danışıb:
"Çalışıram ki, bu cür ixtilaslara qoşulmayım. Çünki bu zaman Ramazan Ayının əsas mahiyyəti kənarda qalır, insanlar ayın hansı dəqiqədə girib, hansı dəqiqədə çıxacağı kimi məsələlərə diqqət edirlər. İlk olaraq bilmək lazımdır ki, Ramazan nə ayıdır. Niyə bu aya Ramazan ayı deyirlər? "Qurani-Kərim” nədir? Allah bu kitabı nə üçün bizə göndərib? Vaxt məsələsi ilə bağlı tövsiyə edirəm ki, özünüz istədiyiniz bir vaxtdan oruc tutmağa başlayın. Hansısa yerdə necədir, kim necə edir, bu cür nüanslara fikir verməyin”.
Bu ayda "Qurani-Kərim”in nazil olduğunu deyən ilahiyyatçının Ramazan Ayı ilə əlaqədar tövsiyəsi belədir:
"Bu kitabı anlamağa çalışaq. İnsanlarla əl-ələ verib gözəl yaşayaq. Əsas olan budur”.
Nigar
Sfera.az