Milyarder Məhəmmədov qardaşlarına ittiham irəli sürüldü - 2,5 milyard rubl...

Milyarder Məhəmmədov qardaşlarına ittiham irəli sürüldü - 2,5 milyard rubl...
"Summa” qrupunun sahibi Ziyavuddin Məhəmmədov və sabiq senator Məhəmməd Məhəmmədova büdcə vəsaitlərinin talanı məqsədilə mütəşəkkil cinayətkar qruplaşmanın təşkili maddəsi ilə ittiham irəli sürülüb.

Sfera.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Kommersant” qəzeti yazıb. 

Xatırladaq ki, Məhəmmədov qardaşları və "İnteks” şirkətinin sabiq başçısı Artur Maksidov 30 martda həbs olunmuşdular. Müstəntiq onların mütəşəkkil cinayətkar qruplaşmanın təşkilində, küllü miqdarda mənimsəmə və dələduzluq işində şübhəli sayıldıqlarını bildirmişdi.

Mənbənin bildirdiyinə görə, Ziyavuddin Məhəmmədov başçılıq etdiyi cinayətkar qruplaşmanın "iqtisadiyyat”ına cavabdehmiş. Qardaşı Məhəmməd Məhəmmədov isə qanunsuz əməliyyatları ört-basdır etmək üçün siyasi və hüquqi dəstək verirmiş. Artur Maksidov isə qardaşların ən yaxın tərəfdaşı kimi ittiham olunur.
İstintaqın hesablamasına görə, onların fəaliyyəti nəticəsində dəyən ziyan 2,5 milyard rublu keçib.

Milyarder qardaşların adı Rusiyada keçiriləcək 2018 DÇ-na hazırlıq üçün Kalininqrad və Peterburqda tikilən futbol stadionlarının tikintisindən vəsait mənimsəmək işində hallanır.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...

İstilər ölüm riskini artırır - Bu ölkədə 1180 nəfər dünyasını dəyişdi

Son iki ayda İspaniyada güclü istilər səbəbindən 1180 nəfər həyatını itirib. Ekologiya Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisədə istilərə görə ölüm sayının ...

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...

10 həftəlik körpə dağdan 50 metr yuvarlanıb sağ qaldı

 Avstriyada Alp dağlarında yamacdan 50 metr aşağı yıxılan körpə uşaq arabasından düşərək sağ qalıb.   Sfera.az "Bild"ə istinadən xəbər...