İŞİD-in ən çox axtarılan beş başçısı yaxalandı

İŞİD-in ən çox axtarılan beş başçısı yaxalandı
ABŞ xüsusi xidmət orqanları İŞİD qruplaşmasının ən çox axtarılan beş başçısını yaxalayıb.

Bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində açıqlayıb.

Mayın 9-da "The New York Times" qəzeti məlumatlı mənbəyə istinadən dörd İraq və bir Suriya vətəndaşından ibarət beş İŞİD liderinin ələ keçdiyi xəbərini yaymışdı.

Mənbənin məlumatına görə, ABŞ və İraq xüsusi xidmət orqanları tərəfindən aparılan və onların həbs olunması ilə yekunlaşan əməliyyat üç aya yaxın davam edib.

Terrorçu başçıların kimlikləri hələlik açıqlanmır./ virtualaz.org
 

OXŞAR XƏBƏRLƏR