Erməni hərbçinin intihar nəticəsində ölməsinə qohumları inanmır

Erməni hərbçinin intihar nəticəsində ölməsinə qohumları inanmır
"Biz Ermənistan ordusunun hərbçisi Levon Torosyanın intihar nəticəsində ölməsinə inanmırıq”.

 Ermənistan KİV-ləri xəbər verir ki, bunu onun əmisi Armen Torosyan bildirib.

"Məhkəmə tibbi ekspertizası onun daxili orqanlarının zədələndiyini, bədənində qançırların olduğunu, həmçinin küt alətlə vurulduğunu təsdiqləyib. Sonra da intihar nəticəsində öldüyünü deyirlər. Onu başqa yerdə güllələyərək öldürdükdən sonra xəndəyə uzadıblar. Levon öldüyü gün valideynləri ilə telefonla danışıb. Ovqatı yaxşı olub, heç nədən narazılıq etməyib. Biz onun intihar etməsinə inanmırıq”, - Armen Torosyan vurğulayıb.

Məlumata əsasən, mayın 6-da Levon Torosyanın meyiti aşkar edilib. Qulluq etdiyi hərbi hissədən, eləcə də Ermənistan Müdafiə Nazirliyindən onun özünü öldürdüyünü bildiriblər. /report
 

OXŞAR XƏBƏRLƏR