Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”

Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”
"Heydər Əliyev görkəmli dövlət xadimi, əsl vətənpərvər və vətənin sədaqətli oğludur”.

Sfera.az bildirir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış iştirkaçılarına göndərdiyi müraciətdə yer alıb. Müraciəti Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Putin müraciətdə qeyd edib ki, Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, böyük təşkilatçılıq qabiliyyəti, ən mürəkkəb məsələlərin mahiyyətinə diqqət yetirmək qabiliyyəti ona ölkədə və ölkənin sərhədləri xaricində böyük nüfuz qazandırıb.

"Mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana başçılıq edərək öz ölkəsinin əsl lideri olub, Azərbaycan cəmiyyətinin möhkəmləndirilməsi üçün çox iş görüb. Qeyd edim ki, Heydər Əliyev ölkənin inkişafı üçün Rusiya ilə konstruktiv tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını əsas şərtlərdən biri hesab edirdi. Sevindirici haldır ki, Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyev bu kursu layiqincə davam etdirir”.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərginin açılışı olub. Tədbir Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti administrasiyaları və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan sərgidə Rusiya və Azərbaycan tarixçiləri və arxivçilərinin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında topladığı materiallar təqdim edilir.(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...