ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalandı

ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalandı
ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, bəyannamədə bildirilir ki, dünya azərbaycanlıları son 100 il ərzində 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd edir.

Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir.

ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsini alqışlayan Mayami-Deyd dairəsinin meri bəyannamədə 2018-ci il 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edib. 

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...