ABŞ-da tarixi an: Kim Çen İnin azad etdiyi üç amerikalı ölkəsinə qayıtdı, Tramp qapıda qarşıladı - FOTO

ABŞ-da tarixi an: Kim Çen İnin azad etdiyi üç amerikalı ölkəsinə qayıtdı, Tramp qapıda qarşıladı - FOTO
Şimali Koreya lideri Kim Çen Inın həbsdən azad etdiyi 3 ABŞ vətəndaşı ölkəyə qayıdıb.

Sfera.az xəbər verir ki, prezident Donald Tramp qarşılama mərasimində çıxış edib.

O, Kim Çen İnin ABŞ vətəndaşlarını azad edərək Şimali Koreyanı dünyaya inteqrasiya etdirmək istədiyini deyib.

Tramp dünən ABŞ dövlət katibi Mayk Pompeonun Şimali Koreya səfərindən qayıdarkən həbsdən azad edilmiş 3 amerikalını da yanında gətirdiyini demişdi.

"Onları qonaq etmək böyük şərəfdir. Kimə təşəkkür etmək istəyirəm. Kim Şimali Koreyaya real dünyanı gətirmək istəyir”, - Tramp deyib.

Sfera.az




OXŞAR XƏBƏRLƏR