Bəşər Əsəd: "Rusiya III Dünya müharibəsinin başlamasına imkan verməz"

Dünya
15:13 / 10.05.2018
3473
Rusiya Suriya ərazisində III Dünya müharibəsinin başlamasına imkan verməz.
Sfera.az xəbər verir ki, bu açıqlama ilə Suriya prezidenti Bəşər Əsəd Yunanıstanın "Katemerini” qəzetinə müsahibəsində çıxış edib.
Əsəd əmindir ki, Kreml rəhbərliyinin siyasəti münaqişənin qızışmasını imkansız edir. O, Suriya ərazisində üçüncü dünya müharibəsinin başlama ehtimalı ilə bağlı suala belə cavab verib:
"Bu haqda narahat olmağa bir səbəbə görə dəyməz – çünki Rusiyanın müdrik rəhbərliyi var”.
Sfera.az