Rusiya Krıma görə cərimələndi - 159 milyon dollar

Rusiya Krıma görə cərimələndi - 159 milyon dollar
Haaqa məhkəməsi Krımın ilhaqından sonra Ukrayna şirkətlərinə vurduğu ziyana görə Rusiyanı cərimələyib.

Sfera.az xəbər verir ki, cərimənin məbləği 159 milyon dollar dəyərindədir. Haaqa məhkəməsində qələbəsini "Naftoqaz” şirkətinin mətbuat xidməti də təsdiq edib.

Bu 2014-cü ilin yazından etibarən Krımdakı fəaliyyətinə görə Rusiyanı kompensasiya ödəməyə məcbur edən ilk beynəlxalq məhkəmə qərarıdır. Məhkəməyə iddia ərizəsi ilə 18 Ukrayna şirkəti və 1 fiziki şəxs müraciət etmişdi.

Haaqa məhkəməsi hələ 2017-ci ilin yayında Krımda mülki məsələlərlə bağlı məhkəmə işi açmış, Moskva qərarı tanımaqdan imtina etmişdi.
 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR