Yerevanı yenidən etiraz aksiyaları bürüdü

Yerevanı yenidən etiraz aksiyaları bürüdü
Ermənistan paytaxtında etirazçılar şəhər meriyasının qarşısına toplaşaraq, mer Taron Marqaryanın onların qarşısına çıxmasını tələb ediblər.

Sfera.az xəbər verir ki, hazırda şəhərin Arqişti küçəsi hər iki istiqamətdən bağlanılıb. Yolların bağlanması nəticəsində diplomatik korpuslara məxsus avtomobillər belə tıxacda qalıblar. Polis etirazçılardan yolu açmasını istəyib, lakin onlar rədd cavabı verib. Onlar hətta xidmət başına getməyə çalışan hərbçilərə belə rədd cavabı veriblər. 

Hazırda Yerevan meriyası qarşısında etiraz aksiyası davam edir. Aksiyaçıların əsas tələbi merin istefası və Ağsaqqallar Şurasının buraxılmasıdır.

Sfera.az



OXŞAR XƏBƏRLƏR