Rəfael Hüseynov: \"Heydər Əliyev bizi bu çətinlikdən xilas etdi\"

Rəfael Hüseynov: \
"Heydər Əliyev Azərbaycana yüksəkdən baxa bilirdi. Ona görə də Azərbaycanı çətin vəziyyətdən xilas edə bildi”.

Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili  Rəfael Hüseynov Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.
 
R.Hüseynov bildirib ki, Heydər Əliyev Azərbaycanı təkcə Qafqaz deyil, bütün dünya miqyasında görürdü:

"Heydər Əliyev  Çinin prezidenti ilə görüşəndə Azərbaycanı Çindən daha böyük dövlət kimi görünürdü. O, Azərbaycanı varlığı ilə böyüdən şəxsiyyət idi.   Ömrünün son illərində söylədiyi "Mən Azərbaycanlıyam” ifadəsi  onun bütün həyatının əsas mənasını təşkil edirdi. Onun əsasını qoyduğu dövlət, cızdığı yol bu gün İlham Əliyev tərəfindən davam etdirilir.  Yolu yaratmaq nə qədər çətindirsə, o yolu yaşatmaq da ikinci bir hünərdir. Bu hünər isə prezidentimiz İlham Əliyevə məxsusdur. İstiqlalımız 100 yaşına çatır, onun yalnız 29 ilini müstəqil yaşamışıq. Müstəqilliyə təhlükə yarananda Heydər Əliyev bizi bu çətinlikdən xilas etdi”.

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR