“Heydər Əliyevin gücü heykəllərdə deyil" - Zahid Oruc

Gündəm
12:55 / 10.05.2018
2996
"Mənim aləmimdə Heydər Əliyevin şəxsiyyətində olan insanların yalnız doğum günü var, ölüm günü yoxdur”.
Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bu gün həm də dövlət müstəqilliyimizin yubileyidir.
"Heydər Əliyevin şəxsi həyatı olubmu? Mənim aləmimdə yox. Onun bütün həyatından danışanda ancaq Azərbaycanla bağlı məqamlara rast gəlirik. Heydər Əliyev dövlət müstəqilliyimizi xilas etdiyinə görə bu gün həm də dövlət müstəqilliyimizin yubileyidir. Çünki Cümhuriyyətin əldə etydiyi müstəqilliyi Heydər Əliyev bərpa edib. Nə saxta tərif, nə də qərəzli hücumlar Heydər Əliyevdən heç nə apara bilməz. Heydər Əliyev öz sistemi olan adam idi. Onun fəaliyyəti dövründə qarabaqara izləyənlər olub. Meksikada ona qarşı kampaniya aparıblar, heykəli götürülüb. Lakin Heydər Əliyevin obrazı qalıb. Demək Heydər Əliyevin gücü heykəllərdə deyil. Onun ürəklərdə ucaldığı heykəli əbədi qalacaq. Onun şəxsiyyəti miqyası Azərbaycan sərhədlərindən böyükdür. Heydər Əliyevə xəyanət edənlərin heç biri uğur qazana bilmədi, bəzən çörək də tapmadı. Heydər Əliyevin siyasi hakimiyyəti hər zaman hakimiyətdə olacaq. Hesab edirəm ki, İlham Əliyev onun təkcə bioloji övladı deyil, ideoloji varisidir".
Orxan Bəşirov
Sfera.az