Səudiyyə Ərəbistanı: "İran nüvə silah istehsal edərsə, eynisini biz edərik"

Dünya
11:57 / 10.05.2018
2161
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr İranın nüvə müqaviləsinə dair CNN İnternational kanalına açıqlamalar verib.
Sfera.az xəbər verir ki, Cübeyr İranla bağlanan nüvə müqaviləsinin qüsurlu olduğunu və raket proqramlarını əhatə etmədiyini, bu üzdən ABŞ prezidenti Donald Trampın bu qərarına dəstək verdiklərini bildirib.
İranın nüvə proqramına qayıtması halında ABŞ xaric BMT TŞ-nin digər üzvlərinin də müqavilədən çıxmalı və İrana qarşı sanksiyalar tətbiq edilməli olduğunu deyən Cübeyr Səudiyyə Ərəbistanın nüvə əldə edib etməyəcəyi ilə bağlı suala belə cavab verib:
"İran nüvə silahı əldə edəcək imkanlara sahib olarsa, biz də xalqımızı qorumaq üçün nə lazımdırsa, eynisini edəcəyik”.
Sfera.az