Son illərin ən böyük hava əməliyyatı: İranın Suriyadakı obyektləri məhv edildi - VİDEO

Son illərin ən böyük hava əməliyyatı: İranın Suriyadakı obyektləri məhv edildi - VİDEO
İsrail aviasiyası bu gecə Livan hava məkanından Suriyada yerləşən İran obyektlərinə kütləvi şəkildə raket zərbələri endirib.

Sfera.az xəbər verir ki, rəsmi Dəməşq hücuma cavab olaraq onlarla İsrail raketini vurduğunu bildirib. İsrail bombardman hədəfi kimi İran İslam İnqilabı Korpusunun "Əl-Qüds” birləşməsinin Suriyadakı obyektlərinin adını çəkib. 

Bombalanan obyektlər arasında İranın Dəməşqdən şimala yerləşən hərbi düşərgəsi, paytaxt aeroportundakı silah anbarları, müşahidə məntəqələri, həmçinin silahlı birləşmələri olub. İsrail aviasiyasına atəş açan Suriya zenit-raket kompleksləri də zərbələrə tuş gəlib.

İsrail komandanlığının rəsmi nümayəndəsi Yonatan Konrikus deyib ki, bu hava reydindən sonra İrana xeyli vaxt lazımdır ki, Suriyadakı hərbi imkanlarını bərpa edə bilsin.

"Bu İranın Suriyadakı mövcudiyyətinə – kəşfiyyat, loqistik, hərbi baza, anbar, müşahidə məntəqələrinə qarşı irimiqyaslı əməliyyat idi” – deyə Y.Konrikus bildirib.
 
İsrail rəsmisi hücumu son illərin ən böyük hərbi hava əməliyyatı adalandırıb. Onun sözlərinə görə, hücum edilən bütün hədəflər məhv edilib, təyyarələr isə  itkisiz hərbi bazalara qayıdıb.

İsrail ordusunun mətbuat xidməti paylaşdığı xəritədə 35 obyektin yerini göstərib.  İnternetdə İsrail aviasiyasının bombardmanının nəticələrini əks etdirən video yayımlanıb.

Sfera.az
 
 



OXŞAR XƏBƏRLƏR