"Əsrin müqaviləsi" bağlanmasaydı, Azərbaycanın müstəqilliyi təhlükə altında olacaqdı" - Ziyad Səmədzadə

"Ulu Öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatını qurub, təhlil edib, ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsinə nail olub. Bütövlükdə, Azərbaycan cəmiyyətində vətəndaşlıq həmrəyliyinin əsaslarının qoyulması istiqamətində çox böyük işlər görüb".

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib. 
Komitə sədri qeyd edib ki, tarixdə ilk dəfə olaraq Heydər Əliyev Azərbaycanın təbii resurslarından milli maraqları qorumaqla öz xalqının xeyrinə istifadə edilməsinə nail olub:

"1994-cü ildə "Əsrin müqaviləsi" neft kontraktının imzalanması adi məsələ deyildi. Həmin dövrdə Azərbaycan iqtisadi böhran içərisində idi, ölkəmizin valyuta ehtiyyatları yox idi, investisiya mühiti sağlam deyildi, qanunvericilik sistemində boşluqlar vardı. Amma Heydər Əliyev şəxsiyyətinin dünya liderləri arasında böyük nüfuza malik olması nəhəng xarici şirkətlərin Azərbaycana gəlməsini təmin etdi. Biz bu gün həmin şirkətlərlə bağlanan müqavilələrin çox böyük sosial-iqtisadi nəticələrini görürük. "Əsrin müqaviləsi" bağlanmasaydı, Azərbaycanın müstəqilliyi təhlükə altında olacaqdı. Çünki dünyada neftlə zəngin olan çoxsayda ölkələr var. Ancaq həmin ölkələrin heç də hamısı xoşbəxt deyil. Azərbaycandan da çox neft çıxaran ölkələr olub, indi də var. Ancaq onların bəzilərində siyasi sabitlik, konsensus, maliyyə sabitliyi yoxdur, etnik toqquşmalar davam edir, əhalinin sosial problemlərinin həlli üçün sistemli tədbirlər həyata keçirilmir". 

Z.Səmədzadə deyib ki, Heydər Əliyev dünya təcrübəsini nəzərə alaraq, Azərbaycanın inkişaf modelini müəyyən edib:

"Bu model indi də Azərbaycan xalqının tərəqqisinə xidmət edir. Cənab prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçiləndə də bəyan edib ki, Azərbaycan Heydər Əliyev ideyalarını davam etdirəcək. Cənab İlham Əliyev 2018-ci ildə prezident seçiləndən sonra bir daha bəyan edib ki, Heydər Əliyev siyasəti Azərbaycana böyük uğurlar gətirib. Əgər Heydər Əliyev siyasəti olmasaydı, Azərbaycan müstəqil olmayacaqdı. Ona görə də bu gün Heydər Əliyev siyasəti haqqında danışdıqda, ilk növbədə bildirməliyik ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi etmək üçün fəaliyyət göstərən liderdir. Heydər Əliyev qloballaşan dünyada, siyasi təzyiqlərin, etnik toqquşmaların, risklərin genişləndiyi şəraitdə Azərbaycan dövlətinin müstəqilliyini dünyada tanıdan, onun nüfuzunun artırılması üçün hüquqi, siyasi mühit yaradan dahi şəxsiyyətdir".

Akademik vurğulayıb ki, bu gün Azərbaycan dövləti Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyev tərəfindən çox uğurla inkişaf etdirilir:
"Prezident İlham Əliyevin apardığı siyasət, onun iqtisadi və sosial sahələrdə gördüyü işlər birmənalı şəkildə sübut edir ki, Azərbaycan bundan sonra daha da yaxşı yaşayacaq. Artıq bizim inkişaf modelimiz var. Bu inkişaf modelinin ana xəttini isə milli maraqların qorunması, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin gücləndirilməsi, iqtisadi təhlükəsizliyin və ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi kimi nəcib məqsədlər təşkil edir. Bu məqsədlərin də həyata keçirilməsi üçün konkret proqramlar, strateji layihələr həyata keçirilir".

Orxan Bəşirov
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...