“Hamı məni vətən xaini kimi tanıyır…”

“Hamı məni vətən xaini kimi tanıyır…”
Bu sözləri Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev deyib.

Sabiq nazir qeyd edib ki, bu ittihamlara qarşı əlində tutarlı faktlar var:

"Bu gün Şuşanın işğalı günüdür, ən qara günümdür. Kimliyindən asılı olmayaraq, belə məsələlərdə heç kəsə güzəşt etmək olmaz. Mən vətənə xəyanət etməmişəm, amma gənclərimizin hamısı məni vətən xaini kimi tanıyırlar. Şuşa işğal ediləndə Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Mitinqlər keçirilirdi. Amma mən müdafiə naziri olaraq, heç vaxt məsuliyyəti çiynimdən atmamışam.
 
Heç kəs deyə bilməz ki, mənim 4 gülləm var idi, birini də heç kəsə verməmişəm. Həmin vaxt bir dənə hərbi təlim görmüş "rota” var idimi? İddia edirlər ki, məni Rusiyanın xüsusi xidmət orqanları ələ keçirmişdi. Belə bir fakt mənə məlum deyil. Mən özümü müdafiə etmirəm. Mən uşaqdan böyüyədək hamıya cavab verməyə hazıram. Vətənə xəyanət edən "köpəkoğlunun” alnının ortasından güllə çaxarlar, bağışlamazlar. Amma bu tarixdir və bunu nə Rəhim, nə də Məmməd yazır. Bunu saxtalaşdırmaq mümkün deyil. Həmin torpaqları azad etmək hər birimiz üçün şərəf işidir. Mən geniş açıqlama verməyə hazıram. Dünyanın işini bilmək olmaz, sabah ölə bilərəm, amma bu sirlər batmasın. Əlimdəki sənədlərdə xəyanətkarlar da, xəyanət də var”.teleqraf
 

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...