Hakimlərin Messiyə yazığı gəldi

Hakimlərin  Messiyə yazığı  gəldi
İspaniya çempionatının  hakimlər korpusu belə qərara gəlib ki, Lionel Messi 36-cı turda keçirilən oyunda  hakimi təhqir etməyib.

Sfera.az " Cuatro” nəşrinə istinadən xəbər verir ki,  həmin oyunun birinci hissəsinin sonunda  hakim  "Barselona”-nın müdafiəçisinə qırmızı kart göstərib, əksinə "Real”ın oyunçusu Qaret Beyli oyundan çıxarmayıb.

Messi hakimə "Bəsdi bizi batırdız, liqa sona çatır, hədiyyə paylamaq vaxtı deyil”  deyə irad bildirib.

 Hakimlər korpusu həmin oyunun protokolunda heç bir təhqirin qeydə alınmadığını söyləyiblər.

İlqar  

OXŞAR XƏBƏRLƏR