ABŞ Suriyadakı son fiaskosunun əvəzini çıxmaq istəyir - Rusiya XİN sanksiyalar barədə

ABŞ Suriyadakı son fiaskosunun əvəzini çıxmaq istəyir - Rusiya XİN sanksiyalar barədə
Rusiya XİN ABŞ-ın bu ölkənin müdafiə strukturlarına qarşı son sanksiyalarını Amerikanın Suriyaya son raket hücumunun uğursuzluğunun əvəzini çıxmaq cəhdi ilə əsaslandırıb.

Sfera.az xəbər verir ki, ruslara görə amerikalılar sanksiyalarla bu uğursuzluğun səbəbkarlarını cəzalandıracaqlarına inanırlar.
"Formal olaraq Rusiyanı İran, KXDR və Suriya ilə hərbi əməkdaşlığı qadağa edən Amerika qanunlarını pozmaqda ittiham edirlər. Bunun bizim ölkəyə heç bir aidiyyəti yoxdur. Reallıqda isə 14 apreldə ABŞ-ın Böyük Britaniya və Fransa ilə birlikdə Suriyaya qarşı həyata keçirdiyi raket hücumu fiaskosunun əvəzini çıxmaq istəyirlər” - Rusiya XİN-nin açıqlamasında belə deyilir.

Rusiya XİN iddiasına əsas kimi zenit qoşunlarının A.F.Mojaysk adına Hərbi-kosmik Akademiyanın və Rusiya SQ 183 saylı zenit-raket qvardiya alayının sanksiyalar siyahısına salınması ilə əsaslandırır:

"Görünür, Qərbin atdığı raketlərin əksəriyyətini vuran Suriya hərbçilərinə yaxşı təlim keçiblər deyə belə edirlər”.
Xatırladaq ki, 14 aprel raket hücumu zamanı Suriyaya HHM buraxılan 103 raketdən 71-ni vura bilmişdi.

Sfera.az
 

OXŞAR XƏBƏRLƏR