Lənkəranskinin davamçılarının işi məhkəmədə - Qulinin hakimiyyəti qurulur - VİDEO

Lənkəranskinin davamçılarının işi məhkəmədə - Qulinin hakimiyyəti qurulur - VİDEO
Mərhum "qanuni oğru” Rövşən Lənkəranskinin klanının nümayəndələrinin işi üzrə araşdırma başa çatıb.

"Əbilovun dəstəsinin” 13 üzvü yaxın zamanda məhkəmə qarşısına çıxarılacaq. Onlar qanunsuz silah saxlamaq, xuliqanlıq, ölümlə hədələmə, sağlamlığa məqsədli şəkildə orta ağır ziyan vurulması və s cinayətləri törətməkdə günahlandırılırlar.

Cinayət işi üzrə materiallara əsasən, 2015-2016-cı illərdə qruplaşma üzvləri Sverdlovsk vilayəti ərazisində sözügedən cinayətləri törədiblər. Onların əməllərindən təxminən 14 nəfər ziyan görüb. Zərərçəkmişlərdən oğurlanan ümumi məbləğ isə 1,5 milyon rubla yaxın olub.

2016-cı ilin yayında qruplaşma üzvlərinin saxlanılmasına başlanıb. İlk olaraq 30 nəfər saxlanılıb. Maraqlıdır ki, bundan bir neçə gün sonra İstanbulda naməlum şəxslər Rövşən Lənkəranskini güllələyiblər.

Düməninin ölümündən sonra Lotu Quli Uralı nəzarəti altına götürüb. İndi Sverdlovskdakı Azərbaycan diasporasının nümayəndələri xəracı Quliyə ödəyirlər. Əvvəllər isə ticarətdən əldə olunan gəlirin faizi Lənkəranskinin adamlarına çatırdı./Yenicag.az

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...