Şimali Koreya ABŞ vətəndaşlarını azad edib

Dünya
21:20 / 09.05.2018
2374
Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar hazırda ABŞ-a qayıdırlar.
ABŞ Prezidenti Donald Tramp bu barədə özünün "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, ABŞ vətəndaşı olan Kim Donq-çul, Kim Sanq-duk və Kim Hak-sonq bir müddətdir ki, casusluq ittihamı ilə Şimali Koreyada saxlanılırdı./azərtac