“Ağdam” restoranının qarşısında atışan killerlər Moldovada yaxalandı -VİDEO

“Ağdam” restoranının qarşısında atışan  killerlər Moldovada yaxalandı -VİDEO
Ukraynanın "Xarkov” şəhərində azərbaycanlılara məxsus "Ağdam” restoranının qarşısında "Kalaşnikov” avtomatlarından yaylım atəşi açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.
 
Killerlər-26 və 32 yaşlarında olan iki Azərbaycan vətəndaşı Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Onları yaxalamaq üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib.

Xəbərə görə qanqsterlər kirayə mənzildə yaxalanıblar. Onların Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləridir. Killerlərin barəsində 72 saatlıq həbs qərarı seçilib, bundan sonra onların Ukraynaya təhvil verilməsi məsələsi həll ediləcək.

Saxlanılanların adları açıqlanmır, onlar Xarkovda sifarişli qətldə ittiham edilirlər. Bu səs-küylü cinayət martın 29-da baş verib. "Kalaşnikov” avtomatları ilə silahlanmış iki killer avtomobillə axşam saatlarında "Ağdam” restoranının qarşısından keçərək həmin vaxt kafedən çıxan "bir qrup qafqazlıya” atəş açıblar. Bu zaman Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb. Avtomobildə killerlərdən başqa daha iki nəfər olub./Virtualaz.org 
[video=// ]
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...