“Biz Türkiyə ilə danışıqlara hazırıq” - Paşinyan

“Biz Türkiyə ilə danışıqlara hazırıq” - Paşinyan
Ermənistan Türkiyə ilə ilkin şərtlər olmadan diplomatik münasibətlərin qurulmasına hazırdır.

Sfera.az bildirir ki, bunu Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan ermənilər tərəfindən işğal edilmiş Xankəndidə bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə şərtlər irəli sürür. Tələb məntiqsizdir, çünki hər hansı ölkə ilə münasibətlərin qurulması üçün üçüncü ölkəyə aid şərtlər irəli sürmək məntiqsizlikdir. Biz öz mövqeyimizdə qalırıq və şərtlər olmadan münasibətlər qurmağa hazırıq...", - deyə N.Paşinyan vurğulayıb.(virtuaaz.org)

OXŞAR XƏBƏRLƏR