İqtisadiyyat naziri Aİ nümayəndə heyəti ilə görüşdü

İqtisadiyyat naziri Aİ nümayəndə heyəti ilə görüşdü
İqtisadiyyat naziri Şahin Mustafayev Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Nazirlikdən Sfera.az-a verilən xəbərə görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdiyini, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb.
 
Bildirilib ki, prezident İlham Əliyev son 10 ildə Avropa İttifaqına 6 səfər edib, həmçinin Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri ölkəmizdə səfərdə olub. Avropa nümayəndə heyətinə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkə iqtisadiyyatının inkişaf etdiyini, maliyyə sabitliyini, qeyri-neft ixracının artdığını, ticarət balansının müsbət olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir və ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir.
 
İqtisadiyyat naziri bu ilin 5 iyun tarixində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun iş adamları arasında əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını qeyd edib. Ş. Mustafayev Azərbaycanın digər sahələrlə yanaşı, nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyini bildirib, Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxın zamanlarda istifadəyə veriləcəyini diqqətə çatdıraraq, nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə geniş imkanlar açılacağını qeyd edib. Vurğulanıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəqliyyat sahəsində Azərbaycanın imkanlarını daha da artırıb. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olan ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
 
Qonaqların suallarını cavablandıran nazir ölkəmizdə tullantıların zərərsizləşdirilməsi və  təkrar emalı, Böyükşor gölünün bərpası layihəsi barədə məlumat verib. Bildirilib ki, "yaşıl iqtisadiyyat”ın inkişafı üçün yaradılmış Balaxanı Sənaye Parkında 11 rezident qeydiyyatdan keçib, burada 600-ə yaxın yeni iş yeri yaradılıb. Görüşdə həmçinin, Avropa İttifaqı ilə tranzit daşımalarına və turizmin inkişafına, bu sahədə təhlükəsizliyin təmin olunmasına və rəqabətqabiliyyətliliyin artırılmasına istiqamətlənmiş Vahid Aviasiya Məkanı Sazişi barədə müzakirələr aparılıb.
 
S. Kərim əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edərək, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüb. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...