Bakıda Dünya Limanları Konfransı keçirilir

Bakıda Dünya Limanları Konfransı keçirilir
Bakıda Dünya Limanları Konfransı keçirilir.

Bu gün "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın ev sahibliyi etdiyi Dünya Limanları Konfransına rekord sayda nümayəndə heyəti qatılıb. Belə ki, aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Fillipin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 dövlətindən 400-dən çox beynəlxalq liman, biznes icması, gəmiçilik və logistika üzrə iri şirkətlərin nümayəndələri Dünya Limanları Konfransının iştirakçılarıdır.

Konfransa "DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyem, İndoneziyanın ən böyük liman korporasiyası IPC-nin prezidenti Elvin Masassaya, Triyest limanının prezidenti Zeno-d`Aqostino, Avstraliyanın "New South Wales” (sabiq Sidney Port Korporasiyası) şirkətinin baş direktoru Qrant Qilfilan, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usman və sair yüksək rütbəli qonaqlar dəvət edilib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov regionumuzda belə mötəbər tədbirin ilk dəfə Azərbaycanda keçirilməsinin qlobal səviyyədə ölkəmizin nüfuzuna xidmət edəcəyini qeyd etdi: "Dünyada tanınmış və okeana çıxışı olan, on milyonlarla ton yük aşıran liman rəhbərlərinin Azərbaycana təşrif buyurması ölkəmizin qlobal nəqliyyat dəhlizlərində artan rolundan bəhs edir. Cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan Qədim İpək Yolunun bərpasında iştirak edir, eyni zamanda, Şimal-Cənub dəhlizində mühüm rol oynayır. Bütün bunlar Ələtdə yerləşən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazasının tikintisinin yekunlaşdığı dövrdə təsadüf edir. Nəticədə Azərbaycan mühüm tranzit, logistika və distribusiya mərkəzi kimi rolunu artırmış olur”.

Baş direktorun fikrincə, bu baxımdan Dünya Limanları Konfransının Bakı toplantısının "Gələcəyin limanları: Qovşaqların yaradılması, bağlılığın sürətləndirilməsi” adı altında baş tutması da təsadüfi deyil. Proqrama əsasən 40-dan çox məruzəçi regional və qlobal qovşağın inkişafında liman idarəçiliyinin rolu, beynəlxalq ticarət və dəyər zəncirinin yaradılmasında beynəlxalq nəqliyyat dəhlizlərin rolu, ən son texnoloji kəşflərin tətbiqi, süni intellektin istifadəsi kimi mövzular ətrafında müzakirələr aparacaq.

Tədbir çərçivəsində "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı da keçirilib.

Həmçinin Dünya Limanları Konfransının iştirakçıları üçün ölkəmizin tarixi, ənənələri və mədəniyyəti ilə tanış olmaq məqsədilə müxtəlif proqramlar təşkil olunub.

Qeyd edək ki, Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) 2016-cı ildə Panamada keçirilən illik konfrans zamanı Direktorlar Şurası yekdilliklə 2018-ci il üçün Dünya Limanları Konfrasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul etmişdi. Mənzil-qərargahı Tokio şəhərində olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama, 2017-ci ildə isə Bali kimi böyük liman şəhərlərində keçirilib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...