"Kim Çen Inla görüş vaxtı və yeri təyin olunub"

ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In arasında görüşün yeri və vaxtı təyin olunub.

 "Reuters" xəbər verir ki, bunu Amerika lideri Donald Tramp çıxışı zamanı deyib.

"Bizim görüşümüz cədvələ daxil edilib. Biz görüş barədə razılığa gəlmişik. Yer müəyyən edilib. Vaxt, tarix, hamısı təyin olunub", - deyə o bildirib və bu barədə əlavə məlumat verməyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, görüşün detallarının razılaşdırılması məqsədi ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreyaya göndərilib və o, tezliklə Pxenyanda olmalıdır./report
 

OXŞAR XƏBƏRLƏR