Üç ölkədən ittifaq: Türkiyə OYUNDAN KƏNARLAŞDIRILDI

Üç ölkədən ittifaq: Türkiyə OYUNDAN KƏNARLAŞDIRILDI
İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Aleksis Çipras və Cənubi Kiprin prezidenti Nikos Anastasiadis Lefkoşada keçirilən üçtərəfli görüşdə Türkiyəni oyundan kənarlaşdıracaq razılaşma əldə ediblər.

Əldə edilən razılaşmaya əsasən, Şərqi Aralıq dənizindəki karbohidrogen ehtiyatları Aralıq dənizinin ortasından çəkiləcək boru xətti ilə Yunanıstan üzərindən Avropa İttifaqına çatdırılacaq.

Ötən il gündəmə gələn və Avropa İttifaqından da iqtisadi olaraq dəstək olan Şərqı Aralıq kəməri layihəsi İsrailin Hayfa limanından başlayaraq Kipr adasının cənubundan keçəcək. Bundan başqa, əlavə bir boru xətti ilə Cənubi Kiprə bağlanacaq və buradan Yunanıstanın Krit adası və ardınca, Yunanıstan əsas hissəsinin üzərindən Adriatik dənizinə və İtaliyaya çatacaq.Yunanıstan, Cənubi Kipr və İsrail layihənin tamamlanmasından sonra Misir sahillərindəki təbii qaz ehtiyatlarının da eyni xətlə Avropaya çatdırmağı planlaşdırır.

Bununla da Aralıq dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılması üçün ən qısa yol olan Türkiyə marşrutu sıradan çıxarılır./publika.az
 

OXŞAR XƏBƏRLƏR

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Sərvəti 1 milyardı keçdi

Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bütün qazancını daşınmaz əmlaka y...

Rusiya və Ukrayna 25 yaşdan kiçik əsir hərbçilərin mübadiləsinə başladı

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılığa əsasən növbəti əsir hərbçilərin mübadiləsi reallaşıb.   Sfera.az xəbər veirr ki, bu barəd...

28 deputat Paşinyanın impiçmenti üçün imza təqdim edəcək

Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzası...

Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.   Bu barədə Sfera...

Bu məşhur elə dəyişdi ki, aeroportda tanımadılar - FOTO

Türkiyəli məşhur modelyer Gülşah Saraçoğlu keçirdiyi plastik əməliyyatdan sonra xaricə səfərində pasport nəzarət sistemi tərəfindən tanınmayıb.   Sfe...