Vaxta az qaldı, qadağa sona çatır…

Vaxta az qaldı, qadağa sona çatır…
Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etmə qadağası iyunun 24-də bitəcək.

Səudiyyə Ərəbistanı Nəqliyyat Baş direktoru Muhəmməd Əl Bəssami bildirib ki, ölkədəki qadınların avtomobil idarə etməsi mövzusunda hər şey hazırdır.
O qeyd edib ki, 18 yaşından yuxarı bütün qadınlar sürücülük vəsiqəsi ala bilmək üçün müraciət edə bilər.

Ölkədə 5 şəhərdə qadınlar üçün sürücülük kursları açılıb və bu kurslarda xarici ölkələrdə sürücülük vəsiqəsi almış qadın müəllimlər dərs keçəcək.

"Səudiyyə Ərəbistanında bir çox qadının xaricdə sürücülük vəsiqəsi aldığı sirr deyil" - deyə o əlavə edib.

Xatırladaq ki, 2017-ci il sentyabrında Səudiyyə Ərəbistanında yayımlanan krallıq qərarnaməsi ilə dünyada bir tək bu ölkədə olan qadınlara avtomobil sürmə qadağasının sona çatacağı bildirilmişdi./Sputnik Azərbaycan
 

OXŞAR XƏBƏRLƏR