Amerikalılar Serj Sarkisyanı nəzarətə götürdülər

Amerikalılar Serj Sarkisyanı nəzarətə götürdülər
Qaçmış prezidentin və ya oliqarxın pulunu qaytarmaq çox mürəkkəb prosesdir.

Bunu Kiyev "Sosial perspektiv" İctimai-informasiya Texnologiyaları Mərkəzinin direktoru İqor Burov deyib.

Qeyd edək ki, yaxın günlərdə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) müstəntiqlərindən ibarət nümayəndə heyəti Ermənistana baş çəkəcək və Serj Sarkisyan komandasının üzvləri tərəfindən Ermənistandan qanunsuz kapital ixracı faktlarını araşdıracaq.
Vaxtilə Yanukoviçin pullarının Ukraynaya qaytarılması ilə məşğul olmuş İ.Burovun fikrincə, erməni hüquq-mühafizə orqanlarına bu məsələni həll etmək çox çətin olacaq.

"Çox tutarlı dəlillər lazımdır ki, o pulların, hansı ki, Sarkisyan xarici banklarda saxlayır, həqiqətən cinayətkar yolla qazanıldığını sübut etsin. Bundan başqa, Qərbdə mütləq soruşacaqlar: bu faktlar üzrə cinayət işi qaldırılıbmı? Amma əgər Ermənistanın yeni hakimiyyəti bu məsələdə qətiyyətli olsa, onda istisna olunmur ki, yaxın vaxtlarda Sarkisyan məhkəmə qarşısında dayanacaq. Mülklərə gəlincə, burada məsələ daha mürəkkəbdir.

Sovet İttifaqından qaçmış oliqarxların mülklərinin siyahıya alınmasına hələlik yalnız Britaniya başlayıb. Ancaq əgər başqa ölkələr də bu yolla getsələr, onda bu məsələdə  irəliləyiş mümkün ola bilər", - deyə ekspert vurğulayıb.

Virtualaz.org xatırladır ki, Avropa Erməni İttifaqları Forumunun sədri Aşot Qriqoryan da dünən onun ünvanına Ermənistanın keçmiş prezidentinin ofşor sövdələşmələrinin təhqiqatının aparılması ilə bağlı təkliflər gəldiyini bildirib.
Qriqoryan Serj Sarkisyanın prezidentliyi dövründə korrupsiya sxemlərindən əziyyət çəkmiş bütün iş adamlarından xahiş edib ki, müvafiq məlumatları təqdim etsinlər./Virtualaz.org 
 

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...