Miqrasiya Xidmətinin yeni rəisi gənclərə və jurnalistlərə “stavka” edəcək - VİDEO

Gündəm
22:07 / 08.05.2018
3436
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov mediaya ilk müsahibəsini verib.
Sfera.Az virtualaz.org-a istinadən bildirir ki, Lider TV-yə verdiyi qısa müsahibədə o, qurumun gələcək fəaliyyəti, qarşıda duran prioritetlər və atılacaq addımlar haqqında danışıb.
"İlkin mərhələdə mövcud vəziyyətin təhlilinə başlamışıq. Daha çox hansı sahələrdə boşluqların olduğunu araşdırırıq. Və atacağımız addımların "yol xəritəsi"ni hazırlamaqla məşğuluq. Artıq ümumi istiqamətləri müəyyən etmişik",- Vüsal Hüseynov deyib.
O bildirib ki, qoyulmuş tapşırıqların icrasını hansı kadrlarla tam, yüksək səviyyədə həyata keçirmək mümkündürsə, Miqrasiya Xidmətində ancaq o tip kadrlara etimad göstəriləcək. Hüseynov kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də vurğulayıb: "Əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar, həmçinin Cənab Prezidentin dövlət qulluqçusunun necə olması haqda baxışlarını paylaşsınlar".
[video=// ]