Uşaq vaxtı kibrit satan milyarder – İngvar Kamprad

Uşaq vaxtı kibrit satan milyarder – İngvar Kamprad
İngvar Kamprad kimdir?

İngvar Kamprad məhşur biznesmen və İKEA pərakəndə mebel şəbəkəsinin təsisçisidir.
İngvar Kamprad 1926-cı ildə İsveçin cənubunda dünyaya göz açıb. Uşaqlıq illərini Agunnardy qəsəbəsi yaxınlığında yerləşən Elmtardy adlı fermada keçirib. Uşaq yaşlarından etibarən velosipedi ilə yaxınlıqdakı qonşularına kibrit satırdı. O, bu kibritləri Stokholmdan ucuz qiymətə topdan alır və qonşularına tək-tək satırdı. Ucuz qiymətə satmasına baxmayaraq yaxşı gəlir əldə edə bilirdi və kibritdən sonra balıq, şam ağacı üçün bəzəklər, yem və qələmlər də satmışdı.
İKEA-nın yaradılması

1943-cü ildə atasının ona verdiyi hədiyyə ilə İKEA-nı qurdu və bu adla yeni satışlarına başladı. Onun yaşadığı qəsəbə və fermanın baş hərfləri bu brendi ortaya çıxarmışdı. Bu brendlə İngvar qələm, portmanat, rəsm çərçivələri, saatlar, corablar satır, qiymətləri isə stabil saxlayırdı.
İki il sonra mebel satışına da başlayan Kamprad, müsbət yöndə rəylər almaqla istiqamətini genişlətməli oldu və beləliklə 1950-ci illərin əvvəllərində tam olaraq ev mebeli sahəsinə istiqamətləndi. Bu dövrdə İKEA üçün ən böyük dönüş nöqtəsi Showroomun açılması oldu. Beləliklə alıcılar mebelləri sifariş etmədən öncə onları real olaraq görmək şansı əldə etdilər. Elə bu dövrlərdə İKEA rəqibləri ilə girdiyi qiymət mübarizəsində, çoxfunksiyalı, keyfiyyətli və eyni zamanda sərfəli qiymət siyasəti ilə ön plana çıxmış oldu.

Öz məhsullarını yaratması

Bu şəraitdə İKEA-ya rəqib şirkətlər və təchizatçılar tərəfindən böyük təziqlər oldu və artıq 1955 – ci ildən etibarən İKEA öz mebellərini dizayn və istehsal etməyə başladı.
İngvar Kamprad, 2006-cı ildə Forbes Jurnalının "milyarderlər siyahısı"nda 28 milyard dollarlıq sərvəti ilə 4-cü sırada yer almışdı. Oxumaqda çətinlik çəkən Kamprad, 1976-cı ildən etibarən İsveçrədə, Epalingesdə yaşamağa başladı. Yerli kanalların birinə verdiyi müsahibəsində İngvar hələdə 1993-cü il isetahsalı olan Volvo-sını sürdüyünü, uçuşlarında ancaq ekonom sinif istifadə ediyini və İKEA-daki işçilərinə həmişə kağızın hər iki tərəfini istifadə etməyi tapşırırdığını qeyd edir.

Şəxsi həyatı

1994-cü ildə aktiv faşistlərdən olan Per Engdahl-ın şəxsi yazışmalarının mediyada yayımlanması ilə Kamprad-ın 1942-ci ildə Engdahl-ın nasist qrupuna qoşulduğu və ən az 1945-ci ilə qədər müxtəlif miqdarlarda maddi yardımlar etmiş olduğu aşkarlandı. Bu qrupdan nə zaman çıxdığı məlum olmasada Engdahl ilə olan dostluğunun 1950-ci ilə qədər davam etdiyi məlumdur. Daha sonralar bu dövrü, həyatının ən böyük səhvi və peşmançılığı olaraq qiymətləndirən Kamprad, bütün yəhudi əsilli İKEA işçilərindən məktub vasitəsi ilə üzr istəmişdir.
İngvar Kamprad haqqında içki aludəçisi olduğunu söyləyirlər. Özü isə  vəziyyətin artıq nəzarəti altında olduğunu bəyan etmişdir. Kamprad evlidir və 4 övlad sahibidir./bizplus.az
 

OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...