Liviyada terror aktı - Hərbçilər həlak olub

Liviyada terror aktı - Hərbçilər həlak olub
Liviyanın şimalındakı Sirt şəhərində avtomobilin partladılması nəticəsində iki hərbçi həlak olub.

Trend-in məlumatına görə, intiharçı terrorçunun sükanı arxasında oturduğu avtomobil Liviya ordusuna məxsus nəzarət-buraxılış məntəqəsinə çırpılıb.

Partlayış nəticəsində daha 3 hərbçi yaralanıb. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
 

OXŞAR XƏBƏRLƏR