“Taliban” Türkmənistanla sərhəddə strateji rayonu ələ keçirdi – Şiddətli döyüşlər gedir

“Taliban” Türkmənistanla sərhəddə strateji rayonu ələ keçirdi – Şiddətli döyüşlər gedir
Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab vilayətində irimiqyaslı döyüşlər başlayıb.

Sfera.az xəbər verir ki, "Taliban” hərəkatının silahlıları Kulien rayonunu ələ keçirilib. Ələ keçirilən əraziyə Bilçaraq qəzasının 12 kəndi daxildir. Döyüşlər şiddətli keçib. Toqquşma zamanı yerli özünümüdafiə qüvvələrinin 40 döyüşçüsü öldürülüb, yaralanıb və əsir götürülüb.

Əfqanıstanın strateji rayonunun "Taliban”ın nəzarətinə bu səhər keçdiyi bildirilir.

Dünən isə Herat vilayətində polis naryadı pərəncəyə bürünmüş taliblər tərəfindən məhv edilib. Son dövrlərdə taliblərin və digər silahlı qruplaşmaların Əfqanıstandakı fəaliyyəti artıb. Sadəcə dünən ölkənin 14 vilayətində xüsusi əməliyyat keçirilib. Əməliyyatlar zamanı 59 silahlı məhv edilib, 30-u yaralanıb. Ümumilikdə, Əfqanıstan aviasiyası 124 hərbi reyd keçirib.

İran ali dini rəhbərinin müşaviri general-mayor Yəhya Rahim isə ABŞ-ı Suriya və İraqda döyüşən İŞİD silahlılarını Əfqanıstana transfer etməkdə ittiham edib.
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Sərvəti 1 milyardı keçdi

Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.   Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bütün qazancını daşınmaz əmlaka y...

Rusiya və Ukrayna 25 yaşdan kiçik əsir hərbçilərin mübadiləsinə başladı

Rusiya ilə Ukrayna arasında İstanbulda əldə edilən razılığa əsasən növbəti əsir hərbçilərin mübadiləsi reallaşıb.   Sfera.az xəbər veirr ki, bu barəd...

28 deputat Paşinyanın impiçmenti üçün imza təqdim edəcək

Ermənistanın "Hayastan" müxalif parlament fraksiyası baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün çatışmayan 28 deputat imzası...

Azərbaycan Gürcüstana birbaşa investisiyaları iki dəfə artırıb

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib.   Bu barədə Sfera...

Bu məşhur elə dəyişdi ki, aeroportda tanımadılar - FOTO

Türkiyəli məşhur modelyer Gülşah Saraçoğlu keçirdiyi plastik əməliyyatdan sonra xaricə səfərində pasport nəzarət sistemi tərəfindən tanınmayıb.   Sfe...