Bayram Səfərovdan Paşinyanın baş nazir seçilməsinə MÜNASİBƏT: “Erməni xalqı çağırsa, onları xilas edə bilərik"

Bayram Səfərovdan Paşinyanın baş nazir seçilməsinə MÜNASİBƏT: “Erməni xalqı çağırsa, onları xilas edə bilərik
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsinə münasibət bildirib. 

Bayram Səfərov Sfera.az-a açıqlamasında Nikol Paşinyanı işğalçılıq siyasətindən əl çəkməyə çağırıb:

"Nikol Paşinyanın işğalçılıq siyasətindən əl çəkib-çəkməyəcəyini zaman göstərəcək. İstənilən halda gec-tez bu olmalıdır. Əks halda Ermənistan xalqı böhrandan xilas ola bilməyəcək. Mən ötən dəfə də bildirmişəm ki, Azərbaycan dövlətinin və prezidentinin köməyi olmadan erməni xalqı düşdüyü böhrandan xilas ola bilməyəcək. Erməni xalqı Azərbaycandan kömək istəsə, buna çağırışlar etsə, biz də onlara kömək edə bilərik. Hər şey mümkündür. Əsas odur ki, haqsız işğala son qoyulsun”.

İcma rəhbəri Ermənistan əhalisinin böyük böhranlarla üz-üzə qaldığını söyləyib:

"İndi ermənilər yeni baş nazir seçiblər. Ancaq onların problemi bitən deyil. Hələ bu xəmir çox su aparacaq. Heç kəs dəqiq bilmir ki, bundan sonra Ermənistanda nələr baş verəcək. Yalnız bir məsələ dəqiqdir ki, ermənilər ağıllanıb işağlçılıqdan əl çəkməsə, onların gələcəyi yaxşı olmayacaq. Bunun üçün də Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir və Azərbaycandan kömək, dəstək istəməlidir. Erməni xalqı bu köməyi istəsə, biz də təmin edə bilərik. Bununla ermənilər də rahat yaşayarlar. Daha indiki kimi ac-yalavac yaşamazlar. İndi Nikol Paşinyan qələbə çalıb, baş nazir seçilib. Bundan sonra Paşinyan elə hərəkət etməlidir ki, camaat onu dəstəkləsin. Yəni, o açıq şəkildə bəyan etməlidir ki, Qarabağın Ermənistana heç bir bağlılığı yoxdur. Ermənistan dövləti heç öz əhalisinin başını girəliyə bilmir, Qarabağı necə saxlayacaq? Bunun üçün Ermənistan birmənalı şəkildə işğalçılıq siyasətindən əl çəkməlidir. Əks halda onların sonu yoxdur”.

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...