Paşinyan ilk səfərini Şuşaya edəcək

Gündəm
15:00 / 08.05.2018
2434
Ermənistanın müxalifət lideri Nikol Paşinyan parlamentdə keçirilən səsvermədə səs çoxluğu ilə Ermənistanın yeni baş naziri seçilib.
Sfera.az xəbər verir ki, yeni baş naziri atacağı ilk addımları açıqlayıb.
"İlk addımım seçki sisteminin dəyişdirilməsi olacaq, bizim üçün daha vacib olan isə ölkə təhlükəsizliyinin təminidir” – o, belə deyib.
O, gələcək hökumət təmsil oluna biləcək heç kəsin adını açıqlamayıb, lakin ilk növbədə peşəkarların namizədliyinə baxdığını bildirib.
Hakim Respublika partiyasının onun baş nazir seçilməsi üçün çox az səs verməsinə münasibət bildirən Paşinyan partiyanın bu mövqeyinin siyasi vəziyyəti əks etdirdiyini deyib.
Paşinyan ilk səfərini Azərbaycanın işğal olunmuş torpağı Qarabağa – Şuşa şəhərinə edəcəyini də bildirib.
Xatırladaq ki, yeni baş nazir daha öncəki açıqlamasında "Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram", deyə bildirmişdi.
Sfera.az