Rusiya DİN-dən "Ölməz alay" yürüşü ilə bağlı erməni və Azərbaycan diasporuna XƏBƏRDARLIQ

Rusiya DİN-dən
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüş keçirilib.

Sfera.az bildirir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev məlumat verib. O bildirib ki, bu gün Baş İdarədə hüquq-mühafizə orqanlarının nümayəndələri Azərbaycan və Ermənistan diasporunun üzvləri ilə görüşüblər: "Görüş zamanı mayın 9-da Moskvada keçiriləcək "Ölməz alay" ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib. Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib. Rusiya DİN Baş İdarəsinin nümayəndələri deyiblər ki, DİN rəhbərliyi və "Ölməz alay" təşkilat komitəsinin əmirinə əsasən yürüşə Böyük Vətən müharibəsinə dəxli olmayan bayraqlar, simvollar və atributlar gətirmək qadağandır. Bunu etməyə çalışan şəxslərdən həmin əşyalar, simvollar alınacaq. Yalnız Rusiyanın bayrağı, Qələbə simvolu və Böyük Vətən müharibəsi veteranlarının portretlərini gətirməyə icazə verilib".
 
Ş. Tağıyev Azərbaycan diasporunun üzvlərinə müraciət edərək "Ölməz alay" yürüşü zamanı onları qanun-qaydaya riayət etməyə çağırıb.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...