Bütün dünya bundan danışır: Putin ilə Tramp arasındakı “limuzin savaş”ını kim qazandı?

Bütün dünya bundan danışır: Putin ilə Tramp arasındakı “limuzin savaş”ını kim qazandı?
Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik testlərini uğurla keçən yeni limuzininə sahib olub. O, inauqurasiya mərasiminə də yeni lumizinində gəlib.

Sfera.az xəbər verir ki, bir müddətdir mətbuatda "limuzin savaşları” başlıqları ilə gedən xəbərlərdə Putin və Tramp üçün xüsusi hazırlanan limuzinlər maraqla izlənirdi. Rusiya tərəfi prezident limuzinin istehsalı üçün nəzərdə tutulan "Kortej” layihəsini uğurla yekunlaşdıra bilib. 
 
197 milyon dollara başa gələn Putinin avtomobilinin daxili dizaynı dəri, ağac və metaldan hazırlanıb. 4 nəfərlik arxa kabinəsi olan limuzinin xarici dizaynı 1989 model ZİL ilə "Rols-Roys”un inteqrasiya edilmiş versiyasına çox oxşayır.

ABŞ prezidenti Donald Tramp isə bir ildən çoxdur prezident olmasına baxmayaraq, hələ də xüsusi xidməti avtomobilinə otura bilməyib. Trampın "The Beast” (Heyvan) adlandırılan avtomobilinin yay aylarında təhvil verilməsi gözlənilir. 

Limuzinin ABŞ avtomobil nəhəngi "General Motors”un üç il ərzində apardığı iş nəticəsində istehsal olunduğu bildirilir. 8 ton ağırlığında avtomobilin qapıları 20 sm-lik zirehlə təchiz olunub. Hər hansı bombalı hücum halında Tramp avtomobildən sağ-salamat çıxa biləcək. Bir ədədi milyon yarım dollara başa gələn avtomobildə nə desən var.

Hərbi və kimyəvi hücum ehtimalında belə Trampı təhlükəsiz şəkildə aparacaq avtomobil dünyanın ən təhlükəsiz avtomobillərdən biri olaraq qəbul olunur. Avtomobilin gövdəsi 15 sm qalınlıqda zirehdən ibarətdir. Limuzinin qapıları "Boeing” 757-in qapıları kimi təhlükə anında içəriyə daxil olmağa icazə vermir. Beşqat güllə keçirməz şüşələr isə zirehdeşən mərmilərə belə tab gətirir. Zirehli təkərlərə malik avtomobil bütün vəziyyətlərdə yoluna davam edə bilir.
Kimyəvi hücuma qarşı "Heyvan”da oksigen sistemi mövcuddur. 6,6 litrlik V8 motoruna malik limuzin 100 km-dək sürət yığa bilir. Avtomobilin ön tərəfində gecəgörmə sistemi, GPS naviqatoru və gözyaşardıcı qaz var. Mina partlayışına qarşı avtomobilin altı da zirehlənib. 

Arxa tərəfdəki şüşələri yalnız Donald Tramp bir az endirə bilir. Trampın yanında birbaşa Pentaqona və vitse-prezidentə zəng edə biləcəyi telefon olacaq. 
"General Motors” prezidentin istifadəsi üçün bu avtomobildən 12 ədəd istehsal edəcək və dünyanın müxtəlif regionlarına göndərəcək. Tramp İngiltərəyə səfər etdikdə limuzinini aparmaq məcburiyyətində qalmayacaq, çünki eyni avtomobildən orada da olacaq.

Barak Obama da prezident olduğu müddətdə bənzər avtomobildən istifadə etmişdi.

Sfera.az
 
=




OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...