Netanyahunun aşpazından Yaponiya baş nazirinə təhqiramiz “SÜRPRİZ” – FOTO

Netanyahunun aşpazından Yaponiya baş nazirinə təhqiramiz “SÜRPRİZ” – FOTO
İsrail baş nazirinin şəxsi aşpazı Seqeva Moşe masaya təqdim etdiyi desertlə Netanyahunun qonağı Yaponiya baş naziri Sindzo Abeni təhqir edib.

Sfera.az xəbər verir ki, bu barədə "Jerusalem Post” qəzeti yazıb. Moşe süfrəyə dəmir botinkada şokolad gətirib. Yapon və israilli diplomatlar aşpazın "sürpriz”indən şoka düşüblər.

"Bu axmaq və qeyri-praktik qərar idi. Yapon mədəniyyətində ayaqqabılardan alçaq əşya yoxdur. Onlar evə nəinki ayaqqabısız daxil olur, hətta siz bunu onların ofislərində də görə bilməzsiniz. Bu yəhudi qonaqlara donuz formasında şokolad yeməyi təqdim etmək kimi bir şeydir” – İsrailli diplomat deyib.
 
Öz növbəsində yapon diplomat isə baş verənlərə bu sözlərlə münasibət bildirib:

"Heç bir ölkə masaya ayaqqabı qoymur. Bu məşhur aşpaz Seqev nə haqda düşünürmüş? Əgər bunun zarafat olacağını hesab edirsə, biz bunu gülməli saymırıq. Deyə bilərəm ki, baş nazirimiz üzərindən təhqir olunmuşuq”.
 
Bütün bunlar kifayət deyilmiş kimi, aşpaz Netanyahunun və Abenin xanımları ilə birgə iştirak etdiyi naharın fotosunu öz "Instagram” səhifəsində paylaşıb.
Fotoya şərh yazan istifadəçilər bunun qonağa qarşı təhqiramiz hərəkət olduğunu qeyd ediblər. Qalmaqalı nə İsrailin baş naziri, nə də onun aşpazı şərh edib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...