Paşinyan tərəfdarlarını meydana ÇAĞIRDI

Paşinyan tərəfdarlarını meydana ÇAĞIRDI
Ermənistanda etiraz aksiyalarının təşkilatçısı, baş nazir vəzifəsinə namizəd Nikol Paşinyan 8 may tarixini qeyri-iş günü elan edib.

Sfera.az xəbər verir ki, o, öz qərarını Respublika meydanında mitinqdə çıxış edərkən elan edib. Paşinyanın sözlərinə görə, baş nazir vəzifəsinə seçilməsi 95% təmin olunub:

"Parlamentdə seçkilər saat 12:00-da başlayacaq. Sözləşdiyimiz kimi vətəndaşları saat 11:00-da Respublika meydanında toplaşmağa çağırıram. Respublika partiyasının, "Sarukyan”, "Çıxış” və "Daşnaksutyun”un lehimə səs verəcəyinin təminatını almışam”.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti baş naziri seçəcək. Paşinyan tək namizəddir.



OXŞAR XƏBƏRLƏR