Ziyafət Əsgərovdan sərt sözlər: "Avropa İttifaqı orada bir kriminalı müdafiə edir"

Ziyafət Əsgərovdan sərt sözlər:
"Azərbaycanın hansı regionda yerləşdiyi məlumdur. Azərbaycanın "Əsrin müqaviləsi” imzalanarkən hansı təhdidlərlə qarşı-qarşıya olduğu da məlum idi. Heydər Əliyev də bunu qeyd etmişdi. Buna baxmayaraq, Azərbaycan o vaxt bu müqaviləni imzaladı”.

Sfera.az "APA"ya istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin yaradıldığını xatırladıb: "Ermənistan bu gün terror siyasəti yürüdür. Bu gün Ermənistanda terror dövlət siyasətidir. Bu siyasətin müəllifi olan Serj Sarkisyanı hakimiyyətdən qovdular. Görək, Sarkisyandan sonra Ermənistanda sağlam düşüncəli insan gələcəkmi? Nə qədər Azərbaycan torpaqları işğal altındadır, Ermənistanda firavanlıq olmayacaq. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir, yalnız bundan sonra regionda sabitlik yarana bilər. Ancaq Ermənistan beynəlxalq hüququ saymır. Avropa İttifaqı niyə Azərbaycan qarşı ikili siyasət həyata keçirir, işğalçı Ermənistana qarşı isə sanksiya tətbiq olunmur? Ukrayna ilə bağlı Rusiyaya isə fərqli münasibət göstərilir. Torpaqlarımızın 20 faizi işğal olunub, siz isə orada bir kriminalı müdafiə edirsiniz. Bu gün Azərbaycanın işğal olunmuş rayonlarında narkotik yetişdirilir. Hazırda Avropada satılan narkotik vasitələrin əksəriyyəti işğal altındakı ərazilərdə yetişdirilir".

OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...